Qadın rayihəsi / Nigar Helminin fərdi sərgisi
(Müasir İncəsənət Muzeyi)

14.03.2023 - 19.03.2023

Yaşadığımız dünya nəhayətsiz diqqət yayındıran məqamlarla dolu olsa da, unutmayaq ki, tale tez-tez bizim qarşımıza ən məftunedici füsunkarlıqları da çıxarır.

“Həyatı öz axarında yaşamaq kifayət deyildir, həmin həyatda mütləq günəş işığı, azadlıq və kiçik bir çiçək də olmalıdır." - Hans Kristian Andersen

"Çiçəklər – onları görmək istəyənlər üçün həmişə vardırlar." - Henri Matisse

Bir əsrlik yaşı olan “Hər bir kişinin uğurunun arxasında bir qadın dayanır” deyimi heç də mübaliğə deyildir. Çünki hər bir fərdin uğur hekayəsində qadının rolu danılmazdır. Mühitimizin pozitiv əhval ruhiyyəyə köklənməsi məhz qadının qüdrəti və şəfqəti sayəsində baş verir. Qadın öz həyatı boyunca bir ana, qız, bacı və ya həyat yoldaşı kimi müxtəlif rolları oynayır. Tanrının qadına bəxş etdiyi ən böyük nemət isə onun nəslin davamçısı kimi, övladını dünyaya gətirmək hədiyyəsidir. Qadın nəsilləri yaşadan bir varlıqdır.

Şairlər qadını “yaradılışın tacı” kimi mədh edirlər və qadın ta bəşərin yaradılışından bəri məhz həyat rəmzi, gözəllik və ilham mənbəyi olmuşdur. Analar öz zərif əlləri ilə bizə incəlik aşılayırlar, onlar bizi bəlalardan qoruyur və haqq, xeyirxahlıq və ədalət ruhunda tərbiyə edirlər. Qadın ailəni və evi qorumaqla yanaşı, bir çox hallarda kişi işlərinin öhdəsindən də daha yaxşı gəlir və o, ölkənin gələcək aqibəti məsuliyyətini kişi ilə bölüşür. Ailələrini və dostlarını öz qəlblərinin hərarəti, sevgisi, dözümlülüyü və sədaqəti ilə qoruyur qadınlar.

Qadın dövr edən bir həyat fenomenidir. Qadın təkcə ilahi gözəlliyin rəmzi deyildir. O, eyni zamanda gələcəyə bir töhfədir, mərhəmət və xeyirxahlıq güzgüsüdür. Qadın, planetimizə bəxş edilən ən əsrarəngiz bir varlıqdır. Qadın özünəməxsus keyfiyyətləri ilə bir çox mətləblərdə öz unikallıqları ilə seçilirlər. Qadınlar bir-birilərindən səciyyəvi olaraq seçilsələr belə, son nəticədə onların ortaq bir spesifik xüsusiyyəti vardır: onların məsumluğu və həyatda qarşıya çıxan maneələri dəf etmək üçün güclü iradəsi. Qadının unikallığının tərifini vermək heç də asan deyildir, çünki qadın gözəl və ya nöqsanlı olsa belə, o, istənilən halda kainatın ən füsunkar bir varlığıdır. Qadın haqqında ənənəvi bir fikir formalaşmışdır ki, o, qadının yaxşı olmasını onun ailəcanlı olması və evdarlığı ilə şərtləndirir. Amma yeni reallıqlar bugünkü qadınların qarşısına onların kövrək çiyinlərində təkcə məişət vəzifələrini daşıması deyil, həm də onların özünü reallaşdırma vəzifələrini qoyur.

Təbiətdəki bütün çiçəklərdə qadın gözəlliyinin və zərifliyinin mahiyyəti tərənnüm edilir. Onlar qadın enerjisinin toplam halında təzahürü kompleks şəkildə rəhnidirlər. Ona görə də qadına çiçəklər hədiyyə edilərkən, möcüzə baş verir: onun dodaqlarına təbəssüm qonur, ovqatı həmin an yüksəlir və bu ona özünün eksklüzivliyini aşılayır, onun çöhrəsi parlayır və qəlbi riqqətə gəlir. Məhz o zaman qadın enerjisi oyanır, şaxələnir və genişlənir.

Qərinələrdən bu günə kimi, rəssamlıqda qadın gözəlliyi və həssaslığı əhəmiyyətli qalmaqda davam etməkdədir. Özünün romantik qadın portretlərində realizmin və rəngdən məhdudiyyətsiz istifadənin mükəmməl ahəngini yaradan Nigar Helminin rəsmlərindəki portretlər əsla sükuta dalmamışlar; onların hər birinin öz hekayəsi vardır. Nigar öz əsərlərində realizmi və rəngdən məhdudiyyətsiz istifadəni mükəmməl olaraq, bir məcmu halında birləşdirir. Onun rəsmlərinin əksəriyyətində qadınların üzləri yana çevrilmiş halda təsvir edilmişdir. Siz Nigar Helminin portretlərində üzləri görməyəcəksiniz, belə ki, rəssam tamaşaçını onların təxəyyüllərində mövcud olan simaları xəyali olaraq “çəkməyə” sövq etdirir. Eynilə, Nigar öz əsərlərində bu qadınların emosiyalarını, hisslərini əks etdirmir, əksinə, o, öz seyrçilərinə həmin əlamətləri onların özləri tərəfindən - özləri üçün təsəvvür etdikləri hisslər və duyğular fonunda görmək şansını verir. O, bu məharəti ilə, emosiyanı ifadə etmək və bədəni "danışdırmaq" atmosferi yaradır və onun personajlarının əllərində tutduqları çiçəklər saf qadınlıq, həssas, zərif və sonsuz gözəlliyin himnidir.

Nigar Helminin “Qadın rayihəsi” adlı fərdi sərgisindəki rəsmləri canlı duyğuları aşılayır və onun adi bir kətan üzərində nəzmə çəkilən rəsmlərində məkan canlanır və hiss olunur. Oradakı çiçəklərin kəskin qoxusu, dəniz ləpələrindən sıçrayan damcılardakı duzlu dad və günəşdən istilənmiş qayaların hərarəti ilə bütün hissiyyatlar vəcdə gəlir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Beynəlxalq İncəsənət IAA/AIAP-UNESCO Assosiasiyasının üzvü, MIRAS Group-un baş direktoru və kreativ direktoru Nigar Helmi öz yaradıcılığında müxtəlif rəngkarlıq janrlarını əzmlə və uğurla sınaqdan çıxarmaqdadır.









TV və media keçidləri:

ATV

Ictimai TV

BAKU TV

Azərtac

Trend.az

Novayaepoxa.com

Sia.az

Regionmedia.info.az

Baku.art.com

Sputnik.az