Üzeyir Hacibəylinin dağıdılmış ev muzeyi
Üzeyir Hacibəylinin dağıdılmış ev muzeyi – Azərbaycanın dahi bəstəkarı və milli operasının banisi Üzeyir Hacibəylinin xatirəsini əbədiləşdirmək üçün 1959 - cu ildə Şuşada dahi bəstəkarın uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır. Şuşanın işğalından sonra muzey fəaliyyətini Bakıda yerləşən Ü.Hacibəylinin ev muzeyində davam etdirir. 2020-ci il noyabrın 7-də Müzəffər ordumuz tərəfindən Şuşa azad edildikdən sonra muzeydə təmir bərpa işlərinə başlanılıb.
- Ölçü: 100x140
- Texnika: Kətan, yağlı boya