Varazqun məbədi - Laçın, Azərbaycan
Varazqun Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədidir. Məbəd II–V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib.
Ehtimal ki, Varazxan və yaxud Varazqun oykonimi vaxtı ilə bu ərazilərdə yaşamış Qafqaz Albaniyasının hökmdarlarının (Varaz) adından adlandırılmışdır.
- Ölçü: 80x120
- Texnika: Kətan, yağlı boya