Xudafərin Körpüsü - Cəbrayıl, Azərbaycan
Xudafərin körpüsü- inşası orta əsrlərə təsadüf edən monumental körpülər, ehtimal olunur ki, XII-XIII əsrlərdə inşa edilmişdir. Hər iki körpü Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmışdır. Körpülərdən biri 11, ikincisi isə 15 güşəlidir. Hər iki körpü İpək yolunun üzərində yerləşir. Xudafərin körpüsü 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdır.
- Ölçü: 100x130
- Texnika: Kətan, yağlı boya