Zərgərlik brendi “Miras” Vətən müharibəsindən ilhamlanaraq ərsəyə gələn yeni kolleksiyasını təqdim etdi

30.08.2021

27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni qəhrəmanlıq səhifəsini yazdı.

Müharibə bitdikdən sonra qərara alındı ki, qazanılan qələbədən sonra Qarabağ silsiləsi yaradıb gələcək nəsillərə yadigar bir irs saxlanılmalı idi. Bu irs təkcə fotoda deyil, həm də rəsm əsərləri və daha da irəli gedərək zinət əşyaları üzərinə daşımağı qərara alındı.

Bununla da çoxdan gözlənilən «Miras» milli zərgərlik brendi geniş ictimaiyyətə təqdim olundu. Azərbaycanın zəngin mədəni və mənəvi dəyərlərindən ilhamlanaraq tarixi və əfsanəvi gözəlliklərimizi yeni tərz zinət əşyaları üzərinə köçürdük.

Miras brendinin ilk kolleksiyası olan «Miras-i Qarabağ» əsas ideyası geniş ictimaiyyətin diqqətini 2-ci Qarabag savaşına yönləndirmək idi. Ona görə də bu kolleksiyanın ilham qaynağı Qarabağ oldu.

Zinət əşyaları üzərində daha tez-tez rast gəlinən və Qarabağla ifadə olunan Xarıbülbülün əzəməti və məğrurluğu onu əfsanədən qələbənin simvoluna çevirdi. Dünyanın heç bir ölkəsində rast gəlinməyən Xarıbülbül möcüzəsi artıq zinət əşyaları üzərinə köçürüldü.

Üzəri dəyərli qaşlarla bəzədilən Xarıbülbül və «Miras-i Qarabağ» kolleksiyası ehtişam və zərafət, dəbdəbə və zərifliyin nümunəsi oldu.

Əsas rəmz olmasına baxmayaraq, Xarıbülbüldən savayı zinət əşyaları üzərində güllənin təsviri də diqqəti cəlb edir. Güllə birmənalı olaraq müharibə simvolu olaraq qəbul olunub, söz və barışığın keçmədiyi zamanlarda güc göstərmək lazım olub. Bu səbəbdəndir ki, gözəllik və zəriflik nümunəsi olan Xarıbülbüllə bir arada zinət əşyaları üzərində təsvir edilən güllə, düşmənlə üz-üzə gəlməkdən qorxmayan, son damla qanına və son gülləsinə qədər döyüş meydanından geri çəkilməyən oğullarımızın iradə, əmkarlıq və cəsarət simvolua çevrildi.

«Miras-i Qarabağ» kolleksiyası «Miras» brendinin ilk kolleksiyası olsa da, qarşıda daha maraqlı layihələr gözlənilməkdədir.

"Miras" brendi haqqında daha ətraflı məlumatı +994(12)493-34-26, +99455-653-72-72 əlaqə nömrələri vasitəsilə əldə edə bilərsiniz.

Ünvan Əziz Əliyev 46, Bakı şəhəri

Instagram: @mirasjewellery.a